Modern.az

Obamanın xalası Amerikada qaçqın statusu aldı

Obamanın xalası Amerikada qaçqın statusu aldı

18 May 2010, 12:08

Amerika prezidenti Barak Obamanın Keniyadan olan xalası 57 yaşlı Zeyutini Onyanqo Amerikada rəsmi qaçqın statusu və ölkədə daimi yaşamaq hüququ qazanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin xalasının arzusunun təmin olunması barədə məlumatı onun vəkilləri Klivlenddə keçirdikləri mətbuat konfransında bəyan ediblər.   Oniyanqo 2000-ci ildə Keniyadan ABŞ-a köçərək hakimiyyət orqanlarından siyasi sığınacaq istəyib, lakin xahişinə rədd cavab  alıb. 2004-cü ildə məhkəmə onun ölkəni  tərk etməsi barədə qərar çıxarıb. Lakin qadın növbəti dəfə müraciət edib, o bunu ölkəsində tayfalararası  münaqişənin  kəskinləşməsi ilə həyatına təhlükə yaranması ilə izah edib. Məhkəmənin qərarına qulaqardına alan Oniyanqo  2008-ci ilin dekabrına qədər qeyri-leqal şəkildə Massaçusets ştatında yaşamaqda davam edib. Əlil arabasında oturan Onyanqo məhkəmədə hakimlərin suallarını cavablandırıb. Prezidentin xalasının durumu məhkəmənin onun arzusunu təmin edən qərar çıxarmasına yol açıb. Onyanqo kömək üçün özünün yüksəkrütbəli qohumuna heç vaxt ağız açmadığını deyib.     

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi