Modern.az

Neft 70 dollara düşdü

Neft 70 dollara düşdü

Dünya

18 May 2010, 12:10

Dünya bazarında neftin qiymətlərində azalma müşahidə olunmaqdadır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York NYMEX birjasında neftin bir bareli iyun sövdələşmələri  zamanı  70 dollar təşkil edib. Beləliklə neftin bir barelinin qiyməti 1,45 dollar azalıb. Sövdələşmələr gedişində qiymət  70 dollardan  aşağı düşüb.

Ekspertlər  qiymətin enməsinin səbəbini Avropa iqtisadi bazarlarını bürüyən böhran və ABŞ-da neft ehtiyatlarının həcminin artması ilə izah edirlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər