Modern.az

«Gənc Liderlər» Sabirabadda 40 ailəyə yardım edib

«Gənc Liderlər» Sabirabadda 40 ailəyə yardım edib

18 May 2010, 12:18

«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı(UGT) təbii fəlakət nəticəsində ciddi zərər çəkmiş sabirabadlılara dəstək göstərmək məqsədi ilə Sabirabadda səfərdə olub. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, səfər zamanı «Gənc Liderlər» Nərimanov adına 2 saylı məktəb-liseydə məskunlaşan sabirabadlılarla görüşüblər. Görüş zamanı təşkilatın elan etdiyi yardım kampaniyası zamanı yığılan vəsait hesabına fəlakətdən zərər çəkən 40 ailəyə zəruri məişət əşyaları və ərzaq məhsulları verilib. Fəlakətdən zərər çəkən sabirabadlılarla söhbət zamanı təşkilat üzvləri onların yaşadıqları hissləri bölüşdüklərini və daim onlarla yardım etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, «Gənc Liderlər»in elan etdiyi dəstək kampaniyasında əsasən Bakının 7, 47, 53, 265 saylı orta məktəblərinin şagirdləri, Dövlət İdarəçilik, Neft akademiyaları, Turizm, Memarlıq və İnşaat, Odlar Yurdu universitetlərinin tələbələri iştirak edib. QHT-lərdən isə «Uşaqların Xoşbəxt Gələcəyi», Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar ictimai birlikləri çağırışa qoşulub. Kampaniyda eyni zamanda «Biz Prodakşn», «AMV» istehsalat şirkətləri də iştirak edib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi