Modern.az

Teleseriallar cinayətlərin sayının artmasının səbəbkarı elan olundu

Teleseriallar cinayətlərin sayının artmasının səbəbkarı elan olundu

Dünya

21 Yanvar 2014, 13:35


Venesuela prezidenti Nikolas Maduro teleserialları ölkədəki cinayətlərin artmasının səbəbkarı adlandırıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, dövlət başçısının fikrincə, seriallar gənclərdə zorakılığa, silah və narkotikə pozitiv meyli artırır. Maduro nümunə kimi “Venesion” teleşirkətində nümayiş olunan “İstənilən halda Roza”  serialını çəkib. Həmin serialın baş qəhrəmanlarından biri Andreyna Valexxo öz uşağının atasının şəxsiyyətini gizlətmək naminə anasını öldürür.

Venesuelanın vitse-prezidenti Xorxe Aressa yanvarın 20-də bir neçə teleşirkətin rəhbərliyi ilə görüşərək onları yayım şəbəkəsinin praym-taymına yenidən baxmağa çağırıb. O, 2004-cü ildə qəbul olunan KİV-in sosial cavabdehliyi ilə bağlı  qanunu xatırladaraq televiziyaçılara qaydaları pozacaqları təqdirdə günahlandırılacaqları xəbərdarlığını edib.

Bununla belə, hüquq müdafiəçiləri və Maduronu tənqid edənlərin fikrincə, televiziyaçılara açıq şəkildə təzyiq edən hakimiyyət ölkədə zorakılığın və cinayətkarlığın artması ilə bağlı real səbəbləri gizlətmək istəyir. Hüquq müdafiəçilərinin məlumatına görə, 2013-cü ildə 24 min venesuelalı zorakılıq nəticəsində dünyasını dəyişib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir