Modern.az

Türkiyədə 10 ildə 30 min adam intihar edib

Türkiyədə 10 ildə 30 min adam intihar edib

Dünya

21 Yanvar 2014, 16:25

Türkiyədə son ildə bir intihar şoku yaşanır. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, 2003-2012-ci illərdə həyatına qəsd edənlər 36 faiz artıb. Əlbəttə, inkişaf etmiş Qərb ölkələrində intihar nisbəti daha yüksəkdir. İntiharların səbəblərinə gəldikdə, bu uşaqlıqda alınan psixoloji zədələr, boşanmaların artması, gəlir bölgüsündəki ədalətsizlik və hər hansı məsələ ilə bağlı mübarizədə məğlub olmaqdır.

Adnan Menderes Universitetinin müəllimi, professor Məmməd Köhnənin fikrincə, araşdırma nəticəsində məlum olub ki, son 10 ildə Türkiyədə intiharların sayı 36 faiz artıb. Bu isə 30 min adamın öz əli ilə həyatına son qoyması deməkdir. Beləliklə, intiharlar səbəbindən Türkiyədə 10 ildə bir qəsəbə intihar edib. Köhnənin dediyinə görə, hazırda İzmir şəhərindəki intihara cəhd nisbəti İsveçdəki ilə eynidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!