Modern.az

Yanukoviç müxalifəti danışıqlara çağırdı

Yanukoviç müxalifəti danışıqlara çağırdı

22 Yanvar 2014, 15:19

Ukrayna prezidenti Viktor Yanukoviç bəyan edib ki, Kiyevdəki münaqişəni dayandırmaq və dinc yolla nizamlamaq olar. Modern.az sayti Ukrayna KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı müxalifəti danışıqlar stolu ətrafına, insanları isə evlərinə dağılışmağa çağırıb: “Bir daha insanlardan xahiş edirəm ki, radikal siyasətçilərin çağırışlarına aldanmayın. Ayaq saxlamaq və münaqişəni dinc yolla həll etmək hələ gec deyil. Bir daha müxalifəti danışıqlar stolu arxasında oturmağa və qarşıdurmanı dayandırmağa çağırıram. Mən qan axıdılmasının, güc tətbiqinin, düşmənçiliyin və zorakılığın əleyhinəyəm”.

Yanukoviç qarşıdurmalarda həlak olanlara görə təəssüfləndiyini də qeyd edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI