Modern.az

“Rusiya mafiyasının liderləri”

“Rusiya mafiyasının liderləri”

Ədəbi̇yyat

22 Yanvar 2014, 17:30

“Qanun” nəşriyyatı Bəhram (Çələbi) Mustafabəylinin tərtib etdiyi “Rusiya mafiyasının liderləri” kitabını nəşr edib.

Rusiya mafiyası – yaxud “Dövlət içində dövlət” heç də gəlişi gözəl kəlam deyil, real həqiqətdir. Bu əzəmətli imperiyada əmrlər müzakirə olunmur, güllənin dəyəri isə bir qəpikdən də ucuzdur.

Mafiyanın nə demək olduğunu hamı bilsə də, onun işinin mahiyyətini çoxları dərk etmir. Bəziləri onun mövcudluğunu, hətta inkar da edir, onu mif, əfsanə, jurnalist uydurması adlandırırlar.

Mafiyanın ilkin gəliri milyadrlarla ölçülür və liderlər fəaliyyətlərini davam etdirmək üçün bu sərvətin bir hissəsini güc sturukturlarına rüşvət vermək, cinayətlərini gizlətmək, lazım olan adamları qruplara cəlb etmək, şahidləri satın almaq və s. sərf edirlər.

Mafiyanın birliyi və gücü onun hər bir üzvünün başçılarına və ailənin ciddi qayda-qanunlarına – bu omerta (susma) və vendettadır (tabe olmayan ölməlidir) – şərtsiz tabe olması nəticəsində təmin olunur.

1000 tirajla çap olunan kitab 260 səhifə həcmindədir.


Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür