Modern.az

Mənasızlıq

Mənasızlıq

Ədəbi̇yyat

23 Yanvar 2014, 12:10

(İçsəs)

İnsan insanlıqdan ayrılıb – mənasızlığa düşüb. Ona görə insan heç nəyin yanğılısı (təəssübkeşi) olmaq istəmir.

***
İnsan olmaq – ruhani məsuliyyət daşımaqdır.

***
Ruhani məsuliyyətdən boyun qaçırmaq – heyvanlaşmaqdır.

***
Heyvan – ruhani məsuliyyət daşımır, ona görə mənasızlıqla barışır, ona uyğunlaşır.

***
İnsan məna duya, yarada bilmir, ona görə yaşam mənasızlaşır.

***
Adamlar yaşamda hazır məna axtarırlar, tapa bilmirlər – mənasızlığa düşürlər.

***
Hazır məna olmur – mənasızlıq olur.

***
Mənalı yaşamaq üçün ruhani zəhmət çəkməlisən.

***
Dünyada insanın başlıca işi – məna aramaq, yaratmaq və onu yaşatmaqdır.  

***
İnsanı insan olaraq saxlayan hər sayaq fəaliyyət – məna yaradıcılığıdır.

***
İnsanlıq – insanın yaranışdan bu yana yaratdığı mənalar toplusudur.

***
Mənasızlıq – ruhsuzluqdur.

***
Ruhani düşüncəyə yetməyincə mənasızlıqdan çıxa bilməzsən.

***
İnsan mənasızlıq bataqlığına düşəndə – özünə qıyır.

***
Özünəqıyma – öz insanlığına qıymadır.

***

Mənasızlıqdan ən mənasız çıxış yolu – özünəqıymadır.

***
Kamilləşməyən hər kəs mənasızlığı yaşayır.

***
İnsan inamsızlığın yaratdığı mənasızlığı anlayır, ona görə acı çəkir.

***
İnsan idraksızlığın yaratdığı mənasızlığı anlayır, ona görə acı çəkir.

***
İnsan mənəviyyatsızlığın yaratdığı mənasızlığı anlayır, ona görə acı çəkir.

***
İnsan iradəsizliyin yaratdığı mənasızlığı anlayır, ona görə acı çəkir.

***
İnsanlıq ölür, ona görə dəyərlər, ideallar ölür  –mənasızlıq artır.

***
Çağdaş insanın fərəhi maddiyyatdan yaranır, ona görə fərəhsizdir.

***
Maddidə xoşbəxtlik yoxdur – insan bunu anlamır.

***
Dünya – ruhani yaşayanlarındır.

***
İnsan ruhani yaşama inanmır – yaşamın mənasından uzaqlaşır.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir