Modern.az

ABŞ konqresmeni Putini bandit adlandırdı

ABŞ konqresmeni Putini bandit adlandırdı

24 Yanvar 2014, 16:20

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner Rusiya prezidenti Vladimir Putini emosiyalı şəkildə bandit adlandıraraq Barak Obama administrasiyasını Amerikanın maraqlarının müdafiəsinə çağırıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Konqresdə Ohayo ştatını təmsil edən respublikaçı Beyner Rusiya liderini NBC telekanalının “The Tonight Show” proqramında ittiham edib. Onun sözlərinə görə, prezident Obama Putinə qarşı çıxaraq Amerikanın və onun xüsusilə Şərqi Avropadakı müttəfiqlərinin maraqlarını daha yaxşı müdafiə etməlidir.

Xatırladaq ki, ötən ilin sentyabrında Con Beyner Obamaya xatırladıb ki, o Konqreslə yox, Vladimir Putinlə danışıqlara çox vaxt ayırır.


Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır