Modern.az

Musa Yaqubun “Sevgi şeirləri” çap olunub

Musa Yaqubun “Sevgi şeirləri” çap olunub

27 Yanvar 2014, 12:37

Şair, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri Musa Yaqubun daha bir kitabı çap olunub. Bu yaxınlarda Qanun Nəşrlər Evi tərəfindən buraxılan kitab nəşriyyatın “Sevgi şeirləri” silsiləsindən çap etdiyi növbəti kitabdır.

“Sevgi şeirləri”ndə dövrümüzün klassik şairinin müxtəlif vaxtlarda qələmə aldığı, sevgi ünvanlı şeirləri toplanılıb. Təbii ki, şairin əbədiyaşar missiyası olan vətənpərvərlik və təbiətin vəhdəti çalarlı ictimai yük də kitaba toplanmış şeirlərin ruhuna hakimdir.

1000 tirajla çap olunan kitabın redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, korrektoru Tünzalə Xəlilqızıdır. Kitabı paytaxtın bütün kitab köşkü və mağazalarından almaq olar. 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...