Arxiv
28 Sentyabr 2009, 16:03 | İQTİSADİYYAT
Həsən də qəlyan çəkir, Hüsən də qəlyan çəkir, İvan da qəlyan çəkir...

  Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi tədbirlərə baxmayaraq dünyada tütün məmulatlarından istifadə edənlərin sayı ildən-ilə artır. İndi dünyada 1,1 milyarddan çox insan siqaret çəkir. Bu azmış kimi, son illər dünyada qəlyan çəkmək həvəskarlarının da sayı sürətlə çoxalmaqdadır. Məlumdur ki, insanlar tütündən həm siqaret, həm də qəlyan çəkərkən istifadə edirlər. Şərq ölkələrinə məxsus qəlyan çəkmək adəti son illər sürətlə həm də Avropa məkanına yayılır.

lyanın vətəni

Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Daha sonra isə ondan İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ümumiyyətlə bu ölkədə qəlyandan istifadə keçmişdə də dəbdə olub, indi çox populyardır. Bu səbəbdən də çoxları qəlyanın vətəninin Türkiyə olduğunu idda edir. Bu gün Türkiyə və Misir qəlyan çəkmək mədəniyyətinin son dərəcədə inkişaf etdiyi ölkələrdir.
 Şərq məkanında qəlyanla bağlı müxtəlif aforizmlər, adət-ənənələr mövcuddur. Bir sıra xalqlar dostluq əlaməti olaraq bir-birlərinə qəlyan bağışlayırlar. Bəzi ərəb ölkələrində isə evə gələn qonaq ona təklif edilən qəlyandan imtina edirsə, bu ev sahibinə qarşı çox ciddi hörmətsizlik kimi qiymətləndirilir. Qəlyan üçün ən yaxşı tütün Misir tütün hesab olunur. İlk ətirli tütün istehsalı da Misirə məxsusdur. Qəlyan tütünü keyfiyyətindən asılı olaraq əla, 1-ci və 2-ci növə bölünür.

Bu gün dünyada qəlyanın müxtəlif növlərindən istifadə olunur: meyvəli, meyvəsiz, sulu, quru. Qəlyançəkmə ritualı yarım saatdan bir saata qədər vaxt aparır. Bir sıra ölkələrdə təkcə kişilər deyil, qadınlar da qəlyan çəkirlər. Qəlyandan ən çox istifadə olunduğu ölkələrdən biri İrandır. Məsələn, təkcə Təbriz şəhərində minə yaxın qəlyanxana var. Bu məkanlarda yalnız qəlyan çəkmək və çay içmək olar. Onlarda hətta siqaret belə, qadağan edilib. Qəlyanxanalarda müxtəlif qaydalar hökm sürür. Məsələn, Təbriz qəlyanxanalarında kiminsə kömüründən yandırmaq üçün istifadə etmək həmin adama, boş stəkanın üzərinə nəlbəki qoymaq isə qəlyanxana sahibinə ciddi söyüşdür. 

Bakıda qəlyanxanalar olub, indi də var

Livanda isə hər il «qəlyan festifalı» keçirilir. Suriyada qəlyan istehsalı sənayesi güclü inkişaf edib. Bu ölkə hazırda müxtəlif ölçülü, bir-birinə bənzərsiz, ekzotik görünüşlü qəlyanlar ixrac edir. Bəzi Asiya ölkələrində, məsələn, Laosoda həm də narkotik tərkibli bitkilərin tüstüsünü çəkmək üçün qəlyandan istifadə olunur.
Köhnə Bakıda da qəlyan çəkmək adət-ənənəsi mövcud olub. Məsələn qədim İçərişəhərdəki hamamlara müştərilər təkcə çimmək, masaj qəbul etmək üçün deyil, həm də qəlyan çəkmək üçün gələrmişlər.
Son vaxtlar Bakıda qəlyan yenidən dəbə minməyə başlayıb. İndi pataxtımızdakı bəzi kafe və restoranlarda, hamam və saunalarda müştərilərə qəlyan təklif olunur. Müşahidələr göstərir ki, axır vaxtlar Bakıdakı ticarət obyektlərində müxtəlif cür qəlyanların satışı çoxalıb.

Bir saat qəlyan çəkmək 100 ədəd siqaret çəkməyə bərabərdir

Alkoqollu içkilər kimi gün ərzində qəlyandan həddindən artıq istifadə etmək sərxoşluğa, bihuş olmaya gətrib çıxara bilər. Şərqdə qəlyandan istifadə siqaret çəkməkdən daha az zərərli hesab olunsa da, tibbi tədqiqatlar əslində bunun belə olmadığını sübut edib. Alimlərin qənaətinə görə, bir saat qəlyandan istifadə etmək 100 ədəd siqaretin çəkilməsinə bərabərdir. Araşdırmalara görə, siqaret kimi qəlyanın çəkilməsi də ağciyərlərin, ürək-damar sisteminin xəstələnməsinə və həmçinin qorxulu xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına görə, qəlyan tüstüsündə də siqaret tüstüsündə olan qədər karbon qazı, qatran və ağır metallar var. Hətta qəlyan tüstüsündəki zərərli maddələrin miqdarının siqaret tüstüsündəki ilə müqayisədə çox olduğu bildirilir. Həkimlər xəbərdarlıq edirlər ki, siqaret aludəçiləri kimi qəlyan çəkənlər də hepatit və vərəm xəstəliklərinə mübtəla olmaq təhlükəsi ilə də qarşılaşırlar. Bu səbəbdən, həkimlər qəlyan çəkməkdən ayrıla bilməyənləri və bu ziyanlı vərdişin həvəskarlarını heç olmasa birdəfəlik müştüklərdən istifadə etməyə çağırırlar. 

Avropada qəlyanxanalar açılır

Avropalı həkimlər qəlyan çəkilməsinin qərb ölkələrində getdikcə daha çox populyarlaşmasından ciddi narahat olmağa başlayıblar. Iş o yerə çatıb ki, hətta Rusiyada da qəlyana maraq artıb. Bu yerdə hamıya tanış olan məşhur “Həsən də qəlyan çəkir, Hüsən də qəlyan çəkir” ifadəsi yada düşür. İndi ona “İvan da qəlyan çəkir” sözlərini əlavə etmək olar.
Son illər qəlyanın ən çox populyarlaşdığı ölkələrdən biri də Almaniyadır. Alman gəncləri qəlyan çəkməyə əyləncə kimi yanaşırlar və bu meyl çox sürətlə artmaqdadır. Almaniyada artıq 300-dən çox qəlyan kafeləri və yaxud da restoranlarda xüsusi qəlyançəkmə otaqları var. Almaniya Xərçəng Xəstəliyi Problemlərinin Tədqiqatı Mərkəzinin məlumata görə, bütün dünyada 100 milyondan çox adam qəlyan çəkmə həvəskarıdır. Bu insanların böyük əksəriyyəti Şimali Afrikada və Cənub-Qərbi Asiyada yaşayır. 

Qəlyan çəkmək niyə populyarlaşır?

Tədqiqatçılar tütünün belə ekzotik şəkildə çəkilməsinə həvəsi bir neçə səbəblə izah edirlər. Bildirilir ki, bir çoxlarını meyvə qoxuları ilə rayihələndirilmiş tütünün çəkilməsi cəlb edir. Buraya qəlyançəkmə yerinin adətən qeyri-ordinar şəkildə - çox vaxt klassik orta əsrlər Şərq stilində bəzədilməsini, həmçinin qəlyançəkmə ritualının özünəməxsusluğunu da əlavə etmək olar. Burada qəlyandan istifadənin siqaret çəkməkdən daha az zərərli olması barədə geniş yayılmış fikir də öz rolunu oynayır. Qəlyan həvəskarlarının fikrincə, qəlyanın kolbasında olan mayedən keçən tütün tüstüsü, soyuyur, nəmlənir və rayihələnir. Guya, bu zaman, kolbadakı maye həm də özünəməxsus filtr rolunu oynayır. Belə ki, tütün tüstüsündə olan zərərli qatranların, qarışıqların və külün böyük bir hissəsi suda qalaraq, onun dibinə çökür. Hesab edildiyinə görə, məhz bu, qəlyançəkməni siqaretçəkməyə nisbətən daha təhlükəsiz edir. Amma mütəxəssislərin gəldiyi qənaətə görə, bu fikir tamamilə səhv və əsassızdır.  

“Modern.az”    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10 AZƏRTAC-ın sədrliyi keçirilən iclaş başladı 19 Aprel 2019, 11:10 Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi 19 Aprel 2019, 11:10 “Bölgələrdən Bölgələrə” maraqla qarşılanır 19 Aprel 2019, 11:05 Azərbaycanda axtarışda olan 18 nəfər saxlanılıb 19 Aprel 2019, 10:43