Modern.az

Ukraynanın baş naziri istefa verdi

Ukraynanın baş naziri istefa verdi

28 Yanvar 2014, 12:42


Ukraynanın baş naziri Nikolay Azarov bu gün istefa verib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, o bu qərarını ölkədəki münaqişənin dinc yolla həlli, siyasi-içtimai kompromisin tapılması məqsədilə əlavə imkanların yaranması üçün, eləcə də Ukraynanın bütövlüyünün qorunması naminə atıb.

Hökumətin istefasını əvvəllər dəfələrlə Kiyevdə və başqa şəhərlərdə hakimiyyət əleyhinə aksiya keçirən müxalifət tərəfdarları tələb ediblər.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir