“Eurovision” yarışmasının qalibi və Kiyevdəki Avropa meydanının iştirakçısı müğənni Ruslana onu naməlum şəxslərin hədələdiyini açıqlayıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Ukrayna hakimiyyətinə etirazlarda fəallıq göstərən müğənni xüsusi brifinqdə izlənildiyini, hətta öldürülə biləcəyini də istisna etməyib:
“Bəyan etmək istəyirəm ki, artıq iki gündür həyatıma qəsd edəcəkləri ilə hədələyirlər. Maydanın daxilində mənə hücum edəcək uşaqlar ya məni oğurlamalı, ya döyəcək, ya da silahdan istifadə edəcəklər”.
Hədə-qorxunu kimlərin etdiyinə gəldikdə, bunu dəqiqləşdirməyə cəhd etmədiyini deyib. Ona qarşı nə vaxt hücum ediləcəyi də məlum deyil.
Modern.az