Modern.az

Pişik yeyən kişi yaxalandı

Pişik yeyən kişi yaxalandı

28 Yanvar 2014, 15:07

İtaliyada bir neçə ay ərzində ən azı 15 pişiyi öldürüb yeyən bir kişi tutulub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, indi onu 1 il həbsxana və bir neçə min avro cərimə gözləyir. Saxlanılan şəxs özünün mətbəx hobbisini şərh etməyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkənin şimalındakı Brians şəhərinin 50 yaşlı sakini pişik həvəskarı kimi onlara qulluq edirmiş. O bir qayda olaraq sağlam və koppuş qara rəngli pişikləri seçirmiş. Onları evə gətirən kişi öldürərək müxtəlif yeməklər hazırlayır, hətta dostlarına da təklif edirmiş.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi