Modern.az

Elman Babayev: “Mənə yenidən böyük etimad göstərildi” - AÇIQLAMA

Elman Babayev: “Mənə yenidən böyük etimad göstərildi”  - AÇIQLAMA

29 Yanvar 2014, 10:22


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Bu posta Dövlət Sosial Müdafiə Fondundan jurnalistlərə yaxşı tanış olan Elman Babayev gətirilib.

Dünəndən yeni iş yerində fəaliyyətə başlayan Elman Babayev bu təyinatla bağlı Modern.az saytına açıqlama verib. Bildirib ki, bu sahə onun üçün yeni deyil.

“Bildiyiniz kimi, 5 ildən artıqdır Dövlət Sosial Müdafiə Fondunda İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışmışam. Cənab nazir Səlim Müslümov yenidən mənə böyük etimad göstərib. Mən bu etimadı doğrultmağı özümə borc bilirəm”-deyə Elman Babayev bildirib.

Qeyd edək ki, E.Babayev 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” informasiya agentliyində çalışıb. 2008-ci ilin sentyabr ayından dünənədək Dövlət Sosial Müdafiə Fondunda çalışıb.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi