Arxiv
28 Sentyabr 2009, 16:22 |
Bəzi köçkünlər yeni şəhərciyə köçməkdən imtina edirlər

"ŞƏRQ"İN REPORTYOR QRUPU ARAŞDIRMALARINI DAVAM ETDİRİR

Modern.az saytı xəbər verir ki, "Şərq" qəzeti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti hesabına həyata keçirdiyi "Qaçqın və məcburi köçkünlərin problemlərinin öyrənilməsi və işıqlandırılması" layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində qəzetin əməkdaşları Sabirabad, Saatlı və İmişli rayonlarında məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərə səfər edərək onların problemləri ilə maraqlanıb. "Şərq"in reportyor qrupunun növbəti ünvanı Saatlı rayonundakı  Əli Soltanlı kəndinin fin şəhərciyi olub.
«Dövlətqaçqınkom»un Saatlı rayonu üzrə nümayəndəsi Eldar Əsədov jurnalistlərə bildirib ki, bu qəsəbədə 357 ailə, 1325 nəfər qeydiyyatdadır. Hazırda isə burada məskunlaşan köçkünlərin Cəbr-Mahmudlu kəndində inşa olunan yeni şəhərciyə köçürülmə prosesi gedir. Araşdırmalar nəticəsində isə aydın olub ki, bəzi ailələr həmin şəhərciyə köçməkdən imtina edirlər. Səbəb isə Əli Soltalnı kəndinin rayon mərkəzinə daha yaxın ərazidə yerləşməsidir. Xeyli problemləri olan köçkünlər hesab edirlər ki, yeni salınmış şəhərciyə köçməklə yeni və ciddi probelmlə üzləşəcəklər. Çünki yeni qəsəbə rayon mərkəzindən kənardadır və gediş-gəliş üçün əlverişli şərait yoxdur. Qəzetin sabahkı sayında bu qəsəbədə yaşayan narazı sakinlərin fikirləri və üzləşdikləri ciddi problemlər işıq üzü görəcək.       
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş pediatr peyvənddən yayındırılan körpələrin valideynlərinə XƏBƏRDARLIQ ETDİ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10 AZƏRTAC-ın sədrliyi keçirilən iclaş başladı 19 Aprel 2019, 11:10 Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi 19 Aprel 2019, 11:10 “Bölgələrdən Bölgələrə” maraqla qarşılanır 19 Aprel 2019, 11:05