Modern.az

Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsinin icra vəziyyəti müzakirə olunub

Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsinin icra vəziyyəti müzakirə olunub

Parlament

20 May 2010, 15:50

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində “Azərbaycan Respublikasının 2009-cu il üzrə Dövlət Büdcəsinin icrası haqqında” qanunu müzakirə olunub. Modern.az xəbər verir ki, müzakirədə Hesablama Palatasının sədri Heydər Əsədov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov,  nəqliyyat nazirinin müavini Musa Pənahov və digər rəsmilər iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Respubliksanın 2009-cu il üzrə büdcə gəlirləri 10 milyard 325 milyon 935 min manat, xərcləri isə 10 milyard 503 milyon 858,58 min manat məbləğində təsdiqlənib. ”2009-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi  “Büdcə sistemi haqqında” qanunun 20.3 maddəsinə uyğun olaraq hazırlanıb. Hesabat 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlardan istifadə, dövlət borcu və dövlət borcuna xidmətlərlə əlaqədar məlumatları özündə əks etdirir.

Hesabatı komitənin rəhbəri Ziyad Səmədzadə verib. O bildirib ki, dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana çox az təsir edib. “Maliyyə böhranı Azərbaycandan yan keçməyərək  izini qoydu. Ölkəmizdən xaricə ixrac olunan məhsulların dünya bazarlarında qiymətlərinin aşağı düşməsi müşahidə olundu. 2009-cu ildə neft hasilatının həcmi büdcədə proqnazlaşdırılan həcmdən 32,1 faiz və ya 12,9 milyon ton az oldu. Təbii ki, bu da dünyada gedən iqtisadi böhranın nəticəsi idi”.

Ziyad Səmədzadənin sözlərinə görə, əlverişli xarici mühit faktorlarının olmasına baxmayaraq, düşünülmüş şəkildə həyata keçirilən çevik iqtisadi siyasət tədbirləri sayəsində ölkəmiz mənfi fəsadların aradan qaldırılmasına nail olub.

“2008-ci ilin 4-cü rübündən başlayaraq, əsasən də 2009-ci ilin 1-ci yarım illiyində xarici investitorlar ölkəmizin dövlət istiqrazları bazarından 250 milyon ABŞ dolları məbləğində, ümumi bazarın isə 60 faiz səviyyəsində vəsaiti xaricə çıxartdılar”.

Samir Şərifov həmçinin 2009-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı göstəriciləri də açıqlayıb.

“2009-cu ildə dövlət büdcəsinin mədaxil proqnozu 12 milyard 177 milyon manata qarşı 10 milyard 325,9 milyon manat və ya 84,8 faiaz icra olmuş. Bu da 2008-ci illə müqayisədə 436,8 milyon manat və 4,1faiz azdır. ÜDM-də dövlət büdcəsi gəlirinin xüsusi çəkisi 2008-ci ilə nisbətən 3,1 faiz artaraq 29,9 faiz təşkil edib”.

 

Hesablama Palatasının sədri Heydər Əsədov isə büdcə kəsiri ilə bağlı çıxış edib. O vurğulayıb ki, dövlət büdcəsinin kəsrlərilə bağlı məsələ dünyanın aparıcı dövlətlərində də ciddi problemə çevrilib. “Avropa, Amerika, digər inkişaf etmiş ölkələr göz önündədir”. Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2009-cu il üzrə Dövlət Büdcəsinin icrası haqqında” qanunu Milli Məclisin mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə edilib.   Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?