Modern.az

Avropanın qadın müdafiə nazirləri - FOTO

Avropanın qadın müdafiə nazirləri - FOTO

Dünya

3 Fevral 2014, 16:53

İsveçin xarici işlər naziri sosial şəbəkədəki səhifəsində maraqlı bir foto paylaşıb. Modern.az saytı bildirir ki, nazir Norveç, İsveç, Hollandiya və Almaniyanın müdafiə nazirlərinin birgə fotosunu yayıb. Fotonu marqlı edən bu nazirlərin qadın olmasıdır. Belə ki, adıçəkilən dörd ölkədə müdafiə naziri postunu zərif cinin nümayəndələri tutur.

Norveçin müdafiə naziri İna Mari Eriksen Soreyde ən gənc nazirdir. 37 yaşlı Soreyde ixtisasca hüquqşünasdır.

İsveçin müdafiə naziri Karin Marta Elizabet Enstrem 2012-ci ildən nazirliyə rəhbərlik edir. 3 uşaq anası olan Enstrem hərbiçidr. Kapitan rütbəsində olan müdafiə naziri Kral hərbi kollecini bitirib.

Janin Hennis Plaşert Hollandiyanın müdafiə naziridir. 2012-ci ildən müdafiə naziri təyin edilən Plaşert “dövlət idrəciliyi” fakultəsinin məzunudur.

Almaniyanın xarici işlər naziri Urusula fon der Lyaen 2013-cü ilin dekabrından bu posta təyin olunub. Peşəcə həkimdir. 7 uşaq anasıdır.


Soldan sağa: Norveç, İsveç, Hollandiya və Almaniyanın müdafiə nazirləri

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır