Modern.az

Bill Klintonun daha bir eşqbazlığı üzə çıxdı

Bill Klintonun daha bir eşqbazlığı üzə çıxdı

6 Fevral 2014, 11:43


Eşqbazlıq hekayələri ilə məşhur olan ABŞ-ın keçmiş prezidenti Bill Klintonun yeni bir sevgi romanı ortaya çıxıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu dəfəki iddiaya görə, Klinton məşhur aktrisa Elizabet Hurley ilə 1998-ci il boyunca sevgi macərası yaşayırmış. Hurleyin keçmiş iş yoldaşı Tom Sizemorenin bir səs lentində söylədikləri böyük sensasiyaya gətirib çıxarıb. ABŞ mərkəzli maqazin saytı Radar Onluna tərəfindən ələ keçirilən səs lentində Sizemore iki adamla söhbətində olduqca maraqlı etiraflar edir.

"Ər Ryanı Qurtarmaq" filmi üçün Ağ Evdə olan Tom Sizemore bu əsnada prezident Bill Klintonun özünə keçmiş qız yoldaşı Elizabeth Hurleyin nömrəsini soruşduğunu söyləyir. Sizemorenin iddiasına görə, "Mən baş komandirəm, nömrəni mənə dərhal ver" şəklində danışan Klinton, daha sonra Hurleyə çataraq özünü bir təyyarə ilə Los Ancelesdən Vaşinqtona gətirir. Vəziyyəti daha da maraqlı edən isə bütün bu danışmalar yaşanarkən, Bill Klintonun həyat yoldaşı Hillari Klintonun özlərinə olduqca yaxın bir nöqtədə olmasıdır.

Bill Klinton Sizemoreyə "bir beyzbol oyunçusu olan əmisi haqqında danışdıqları" yalanını söyləyəcəyini və bunu unutmaması lazım olduğunu nəsihət edir. Səs yazısının davamında, "birlikdə oldularmı" sualını eşidən Sizemore, "Nə sanırsan, dörd gün boyunca bərabərlər idi" deyə cavab verir. Elizabet Hurleyin evliliyi ilə əlaqədar suallarına qarşılıq olaraq Klinton Hillary ilə bir-birlərini sevdiklərini, ancaq fərqli romantik həyatlar yaşadıqlarını söyləyir. Sizemore Klinton ilə Hurleyin bir il boyunca əlaqələrini davam etdirdiyini, ancaq Klintonun axtarmamağa başlaması ilə əlaqənin sona çatdığını iddia edib.

Klinton və Hurleyin bir-birlərini tanıdıqları bildirilir. İkilinin birlikdə çəkilmiş fotoşəkilləri də var. Bununla birlikdə məşhur aktrisa keçmiş reportajlarında, Klinton nümunəsini də verərək güclü kişiləri cazibədar tapdığını ifadə edir. Ancaq xəbərin yayılması ilə twitter üzərindən ilk şərhini verən ulduz oyunçu, iddianın "gülünc" və "axmaq" olduğunu iddia edib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir