Modern.az

Putin seçki qanunvericiliyini sətləşdirdi

Putin seçki qanunvericiliyini sətləşdirdi

Dünya

6 Fevral 2014, 15:20

Rusiyada deputatlar parlamentdə təmsil olunmayan siyasi partiyaların Dövlət Dumasına keçiriləcək növbəti seçkilərdə birmandatlı dairələrdə öz namizədliklərini irəli sürəcək üzvləri ilə bağlı tələblərin ağırlaşdırılmasına qərar veriblər. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, bu gün Dumanın profil komitəsi deputata seçkiləri haqqındakı qanuna nəzərdə tutulan müvafiq dəyişikliyi təsdiqləyib. Beləliklə, parlamentdə təmsil olunmayan partiyalar seçkiyə buraxılmaları üçün hər regionda 7 mindən çox olmayaraq ən azı 200 min seçici imzası toplamalıdır. İstisna yalnız bundan əvvəlki seçkilərdə 3 faizdən az səs toplayan, yaxud Rusiyanın regionlardakı parlamentlərində ən azı bir deputatı olan  partiyalara tətbiq olunacaq.

Prezident Vladimir Putinin təklifi ilə hazırlanan qanun layihəsinin qeydiyyatdan keçən istənilən partiyanın seçkiyə buraxılmasını nəzərdə tutan ilk versiyasını deputatlar 2013-cü ilin yazında ilk oxunuşda dəstəkləyiblər. O vaxt layihədə birmandatlı dairələrdə müstəqil namizədliklərini irəli sürənlərin seçicilərin 0,5 faizinin imzasını (500-dən az olmamaq şərtilə) toplamaq nəzərdə tutulurdu. Əgər komitədən keçən dəyişiklik qəbul olunursa, onda bu sənəd Rusiyada 2002-ci ilin sonundan 2006-cı ilin sonunadək fəaliyyətdə olan qanunun (Dumaya seçkilərin qarışıq-həm partiya siyahısı, həm də birmandatlı dairələrdə) yenidən təkrarı olacaq. O vaxt da partiyalar 200 min imza toplamalı idi, birmandatlı dairələrdən müstəqil namizədliklərini irəli sürənlər üçün isə bu hədd 1 faiz nəzərdə tutulurdu.

2006-cı ildən sonra isə Dumaya seçkilər yalnız partiya siyahısı ilə keçirilir. 2009-cu ilə qədər parlamentdə təmsil olunmayan partiyalardan seçkilərdə iştirak etmək üçün seçicilərin 200 mininin imzasını toplamaq lazım gəlir. 2009-cu ildən sonra isə imzaların sayı 120 minə endirilib. 2012-ci ilin yazında Dövlət Dumasına seçkilərdəki qanunsuzluqlara etirazlar başlayanda o vaxt prezident olan Dmitri Medvedyev siyasi partiyaların qeydiyyatının yüngülləşdirilməsi və Dumaya seçkilər ərəfəsi imzaların toplanmasının ləğvi təşəbbüsü ilə çıxış edib. Hazırda Rusiya Ədliyyə Nazirliyində 75 partiya qeydiyyatdan keçib və onların yalnız 4-ü Dövlət Dumasında təmsil olunur, yalnız “Yabloko” partiyası bundan əvvəlki seçkilərdə 3 faizdən çox səs toplayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi