Modern.az

Gənclər vətəndaş cəmiyyətinin qurulmasında necə aktiv ola bilərlər?

Gənclər vətəndaş cəmiyyətinin qurulmasında necə aktiv ola bilərlər?

21 May 2010, 20:52

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin Xəzər Universitetində universitetin tələbə və müəllim kollektivi ilə görüşü keçirilib. Görüşdə şura üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, qurumun ictimaiyyətlə əlaqələr şəbəsinin və mətbuat xidmətinin rəhbəri, “Vətəndaş Cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı,  Xəzər Universitetinin İcitmiayyətlə əlaqələr şöbəsinin və kadrlarla iş üzrə şəbəsinin rəhbəri Əlövsət Əmirbəyli, humanitar fənlər üzrə kafedranın dekanı Elza Səmədova və universitetin siyasi elmlər, humanitar və digər fakültələrin tələbələri iştirak edib.

Media Hüquqları Mərkəzinin sədri Mətanət Müslümqızı universitet auditoriyalarında vətəndaş cəmiyyəti təmsilçiləri ilə canlı diskussiyaların təşkilinin əhəmiyyətini vurğulayıb. Millət vəkili A.Quliyev Azərbaycanda vətəndaş cəmiyyəti ilə gənclər arasında münasibətlərin formalaşdırılmasından, gənclərin bu sektora meylliyinin artırılmasından, bütövlükdə gənclərin QHT sektoru ilə bağlı məlumatlandırılmasından danışıb:

 “Azərbaycanda uzun illər fəaliyyət göstərən QHT-lər 2 il öncə ilk dəfə olaraq, dövlətdən dəstək qazandılar. Bu istiqamətdə rəhbəri olduğum qurum hazırda inkişaf mərhələsini yaşayır. Müxtəlif ideyaları, müxtəlif problemlərin araşdırılması üçün bizə təqdim olunan layihələri dəstəkləyirik. Bizim üçün ən vacibi cəmiyyətə töhfə verəcək, milli və dövlət maraqlarına xidmət edən layihələrin ərsəyə gəlməsi üçün təşəbbüslərin irəli sürülməsidir. Hansı siyasi qütbdə təmsil olunmasından asılı olmayaraq, peşəkar QHT-lərin fəaliyyətinə biz dəstək veririk. Vətəndaş cəmiyyətində gənclərin daha fəal olmaları üçün biz əlimizdən gələn dəstəyi, köməyi onlara etməyə hazırıq. Elə bu günki görüşümüzdə də əsas məqsəd, niyyət budur”.

Daha sonra görüş universitet tələbələri, müəllimləri ilə Şura nümayəndələri -qonaqlar arasında fikir mübadiləsi şəklində davam edib. Gənclər daha çox QHT-nin yaradılması, maliyyə qaynaqlarının tapılması, müxtəlif ideyaların ərsəyə gəlməsi üçün ilkin addımlar atmaqda çətinliklərinin olduğunu bildiriblər. Müxtəlif suallarla A.Quliyevə müraciət edən tələbələr Azərbaycan daxilində fəaliyyətlə yanaşı, beynəlxalq arenada da təhsil və işlərini davam etdirmək niyyətlərinin olduğunu söyləyərək bu istiqamətdə onlara dəstək olmaları ilə bağlı təkliflərini səsləndiriblər. Humanitar fənlər üzrə kafedranın dekanı Elza Səmədova da öz təkliflərini söyləyib. O, Xəzər Universitetində Azərbaycan ədəbiyyatı və mədəniyyətnin tarixi ilə bağlı çox ciddi araşdırmalar aparıldığını və bu işdə kollektivin fəaliyyətinə dəstək olunmasını təklif edib.

Təkliflərin hər birinin araşdırlacağını, öyrəniləcəyini bildirən A.Quliyev qeyd edib ki, bütün ideya və cəmiyyət üçün əhəmiyyətli olan təkliflərlə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət edə bilərlər. Görüşdə iştirak edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, gənclərin QHT-ni yaratmaq, formalaşdırmaq və dövlət qeydiyyatına alınması ilə bağlı proseslərdə Şuraya müraciət edə bilərlər, eyni zamanda, qurumun ekspertlərinin potensialından faydalana bilərlər.

 

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir