Modern.az

Azərbaycan parlamentariləri Danimarkaya gedirlər

Azərbaycan parlamentariləri Danimarkaya gedirlər

22 May 2010, 13:01

Milli Məclis Sədrinin müavini, ölkəmizin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 24-dən 27-dək Danimarkaya səfər edəcək.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, deputatlarımız Kopenhagen şəhərində təşkilatın Mənzil qərargahında olacaq, ATƏT tədqiqatçıları, qurumun Baş katibi və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək, Katibliyin iş prinsipləri ilə maraqlanacaqlar.
Səfər çərçivəsində millət vəkilləri Danimarka parlamentinin fəaliyyəti ilə tanış olacaq, burada ölkənin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüşəcək, Danimarkanın seçki sistemi ilə bağlı keçiriləcək tədbirə qatılacaqlar.
Görüşlərdə Azərbaycan parlamenti ilə ATƏT PA arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?