Modern.az

Urmu gölünün filamenqları Bakıya köçür - FOTOLAR

Urmu gölünün filamenqları Bakıya köçür - FOTOLAR

11 Fevral 2014, 11:23

İran rejimi Güney Azərbaycan Türklərinin sıx yaşadıqı bölgələri məqsədli şəkildə boşaltmaqa çalışır.
Davam.az xəbər verir ki, panfarsist təməli üzərində qurulan iranın Pəhləvi və molla rejimləri uzun illərdən bəri İranda qeyri fars millətlərin özəliklə iranda çoxunluğu təşkil edən Güney Azərbaycan Türklərinin bütün milli kimliyini,mədəniyətini,tarixini,iqtisadiyyatını,tarixi abidələrini və son zamnlar hətta təbiətini də məhv etməklə min illərdən bəri xalqın əməyi hesabına qorunub saxlanan Azərbaycan torpaqlarını Türklərdən təmizləmək siyasətini həyata keçirməkdə davam edir.
Məlum olduğu kimi,son bir neçə il ərzində İran rejimi məqsədli şəkildə dünyanın heç bir yerində təkrarı olmayan və Yunesco tərəfindən dünyanın əvəz olunmaz incisi adlandırılan Urmu gölünə axan çaylarlıın qarşısında prspektivi olmayan sədlər tikdirərək bu gölü qurutmaqda davam üdir.
Güney azərbaycan əhalisinin və hətta beynəlxalq təşkilatların bu göllə bağlı həyəcan təbli çalmaqlarına baxmayaraq iran rejimi qarşısına qoyduqu məqsədi icra teməkdədir.
Urmu gölündən əldə olunan son video görüntülər və şəkillər bunu deməyə əsas verir ki,artıq Urmu gölünün 80% quruyub və həmin gölün ətrafında olan kəndlər duz fırtınalarının məhv etdiyi təsərüfatlarını qoyaraq iranın başqa şəhərlərinə köçməyə məcbur olurlar.yerli əhalidən aldıqımız məlumtlara əsasən Türkiyyədən və Şimali İraqdan kütləvi şəkildə bu bölgəyə köçürülən terrorist kürdlərın təhlükəsi bir tərəfdən, Urmu gölünün qurudulması da bir tərəfdən artıq bu bölgədə yaşmaq mümkün olmayacaq.
Min illərdən bəri Urmu gölünün sakinləri olan nadir quşlar və dünyada müşahidə olunmayan dəniz heyvanlarıda artıq ya həlak olub yada buradan köç etmək məcburiyyətində qalıb.
Sizin diqqətinizə təqdim etdiyim şəkil Urmu gölünün ən qədim sakinləri olan məşhur filamenqolardır ki, artıq Quzey Azərbaycana köçməli olublar bu şəkil 09.02.2014-ci il tarixində Bakı şəhəri Yasamal rayununda yerləşən yarmarkada lentə alınıb.
Bu qeyri insani cinayətləri həyata keçirən müqəddəs İslam dinin pərdəsinə bürünmüş panfarsist molla rejimidir.
Məncə həqiqi müsəlman olanloar bu vəhşiliyi nə insanlara nədə allahın yaratdıqı dilsiz hevanlara rəva görməz.









Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi