Modern.az

Bakıda əlil uşaqlar üçün aksiya təşkil olunacaq

Bakıda əlil uşaqlar üçün aksiya təşkil olunacaq

22 May 2010, 15:04

st1:*{behavior:url(#ieooui) }

“NUR” Uşaq və Gənclər İctimai Birliyi “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində mayın 23-də 8-15 yaşlı əlil uşaqlar üçün Bakı şəhərində ekskursiya təşkil edəcək. 18 nəfər uşağın iştirak edəcəyi ekskursiya Dənizkənarı Parkdan başlayacaq. Ekskursiyanın proqramına gəzinti, atraksionlar, oyunlar, şəhərdə nahar və müxtəlif əyləncə tədbirlər daxildir. Daha sonra gəzinti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda davam etdiriləcək. Günün sonunda “NUR” Uşaq və Gənclər İctimai Birliyi uşaqlara hədiyyələr təqdim edəcək.

 

Birlikdən Modern.az-a bildirblər ki, bu aksiyanın həyata keçirilməsində məqsəd əlil və sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasını təbliğ və təmin etməkdir.

“Hər bir uşağın hüququ var!” Milli Kampaniyasına Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən başlanılıb. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi