Modern.az

Türkmənbaşının anasının şərəfinə verilən orden ləğv olundu

Türkmənbaşının anasının şərəfinə verilən orden ləğv olundu

11 Fevral 2014, 16:49


Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov yeni “Zenan kalby” (“Qadın qəlbi”) qadın ordenin təsis edilməsi haqda qanun imzalayıb. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, beləliklə yeni ordenin analoqu olan və ölkənin ilk prezidenti Saparmurat Niyazovun anasının şərəfinə adlanan “Gurbansoltan eje” mükafatı ləğv edilib.

Qeyd edək ki, Qurbansoltan xanım Niyazovun anası olub. Yeni orden ölkənin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsində, eləcə də iqtisadiyyatın, elm və mədəniyyətin inkişafında xüsusi xidmətləri olan vətəndaşlara veriləcək. Digər ölkələrin nümayəndələri isə bu ordeni öz ölkələri ilə Türkmənistanın ikitərəfli inkişafına görə ala biləcəklər. Ordenlə birlikdə orta aylıq əmək haqqının on misli dəyərində (Türkmənistanda orta aylıq əmək haqqı 300 dollara yaxındır) pul mükafatı verilməsi də nəzərdə tutulur. Bundan əlavə, kim mükafata layiq görüləcəksə, onun aylıq əmək haqqına 30 faiz əlavə olunacaq.  

Modern.az      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?