Modern.az

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı fəlakətlə bağlı toplantı keçirib

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı fəlakətlə bağlı toplantı keçirib

22 May 2010, 20:23

Ölkədə baş verən faləkətlə bağlı yaradılmış “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının ilk toplantısı keçirilib. Modern.az xəbər verir ki, toplantıda qərargah üzvlərinin görəcəyi işlər, qarşıda duran vəzifələr müəyyənləşdirilib və iş bölgüsü aparılıb.

Toplantıda qərargah üzvləri Mehman Əliyev, Oqtay Gülalıyev, Qubad İbadoğlu, Sevil Yüzbaşova, Rəfail Becanov, Rafiq Təmrazov, Aytəkin İmranova, Nicat Daglar və Günay Hüseyn çıxış edərək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələrin nəticəsində aşağıdakı istiqamətlər üzrə iş bölgüsü aparılıb:

-         Fəlakət zonasındakı vəziyyət barədə alternativ informasiyanın təşkili və yayılması;

-         Fəlakətlə üzləşmiş bölgələrlə iş;

-         Milli Məclisin deputatları ilə qərargahın əlaqələndirilməsi işinin təşkili;

-         Hökumət komissiyası ilə əlaqələrin qurulması;

-         Fəlakətin vurduğu ziyanla bağlı iqtisadi araşdırmaların aparılması;

-         Fəlakətin ekoloji fəsadlarının araşdırılması.

Toplantıda həmçinin fəlakətlə bağlı vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə mayın 25-də keçiriləcək geniş toplantıya hazırlıq işləri də müzakirə olunub. Qərargah üzvləri bölgələrə səfət etməyi də qərarlaşdırıblar.

 

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı mayın 21-də ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılıb və 14 nəfərlik işçi heyəti müəyyənləşdirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi