Modern.az

Sevgilisi Sorosa yumruq atdı

Sevgilisi Sorosa yumruq atdı

13 Fevral 2014, 11:12

Pul sehrbazı olaraq tanınan 83 yaşlı məşhur sərmayəçi Corc Sorosa qarşı iddia qaldıran 30 yaşındakı keçmiş sevgilisi məhkəmədə ona hücum edib. Modern.az saytı bildirir ki, ABŞ-da nəşr olunan “New York Daily News” qəzetinin xəbərinə görə, Sorosa fiziki hücum və daha əvvəl vəd etdiyi Nyu-Yorkdakı 1,9 milyon dollarlıq dairəni vermədiyi səbəbi ilə iddia qaldıran keçmiş sevgilisi braziliyalı oyunçu Adriana Ferreyr 50 milyon dollarlıq təzminat iddiası ilə bağlı keçirilən məhkəmə prosesində məşhur sərmayəçiyə hücum edib.   

Şahidlərin sözlərinə görə, Ferreyrin vəkili Sorosu sorğu-suala tutarkən məhkəmə salonuna kiçik bir kamera ilə bütün prosesi lentə alacağını CNN-ə verəcəyini söyləyib. Qarşı tərəfin vəkili Villiam Beslov bu istəyin yerinə yetirilə bilməyəcəyini bəyan edərkən, Ferreyr Sorosun başına bir yumruq vurub.

İkinci yumruğu atmaq istəyərkən vəkillərin maneə törətməsi ilə üzləşən Ferreyr bunun əvəzində məşhur sərmayəçinin vəkillərindən birinin eynəyinin şüşəsini qırıb, digərini də təpikləməyə çalışaraq qışqırıb.

Şahidlərinin sözlərinə görə, hücum əsnasında Sorosun eşitmə cihazı da qulağından çıxıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir