Modern.az

İran yenə qarışır

İran yenə qarışır

29 Sentyabr 2009, 00:35
Sentyabrın 28-də Tehran Universitetində tələbələr etiraz aksiyası keçiriblər. Aksiyada 3 mindən çox tələbənin iştirak etməsinə dair məlumatlar var. Aksiya iştirakçıları iyunda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz ediblər.
Aksiyanın gedişində tələbələrlə polis qüvvələri arasında qarşıdurma baş verib. Buna baxmayaraq etirazçılar İran prezidenti Mahmud Əhmədinejad hökuməti əleyhinə şüarlar səsləndiriblər.
Aksiyada “Diktatora ölüm”, “Məhbus tələbələrə azadlıq”, “Ya Hüseyn, Mirhüseyn” şüarlar səsləndirən tələbələr universitetdə tələbə fəallarına qarşı təzyiqlərə son qoyulmasını, seçkinin rəsmi nəticələrinə etiraz etdiyinə görə tutulanların azadlığa buraxılmasını tələb ediblər.
Bir neçə aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb.
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir