Modern.az

Azər Sarıyevə yeni vəzifə verilməsi xəbəri təsdiqləndi

Azər Sarıyevə yeni vəzifə verilməsi xəbəri təsdiqləndi

13 Fevral 2014, 18:15

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevə yeni vəzifə verilməsi xəbəri təsdiqlənib.

Modern.az
saytı Azər Sarıyevin özü ilə danışa bilməsə də, onun yaxınları xəbəri təsdiqləyiblər. Bildirilib ki, A.Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri təyin edilib.

Azər Sarıyev mətbuata “Avrasiya” qəzetində tərcüməçi işləməklə gəlib, sonra həmin redaksiyada siyasət müxbiri kimi çalışıb. Bu 1997-1998-ci illərdə olub. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra “Palitra” qəzetində baş redaktor olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib.
6 il jurnalistikada (3 il reportyor, 3 il baş redaktor) işlədikdən sonra 2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı.
Azər Sarıyevə yeni vəzifə verilməsi xəbərini ilk olaraq axar.az yaymışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır