Modern.az

AzTV-nin ilk diktorlarından biri Məşədi İbadın Gülnazı olub - FOTOLAR

AzTV-nin ilk diktorlarından biri Məşədi İbadın Gülnazı olub - FOTOLAR

14 Fevral 2014, 16:50

Bu gün Azərbaycan Dövlət Televiziyasının yaranmasından 58 il ötür. Dövlət Televiziyasının ilk dəfə diktor kimi görünən aktrisa Nəcibə Məlikova olub. Ondan sonra efirdə diktor kimi görünənlər isə bu şəxslər olub: Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəzirova, Rəxşan Aslanova,Sima Xasıyeva, Nizami Məmmədov.

AzTv-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımın Modern.az-a verdiyi açıqlamaya əsasən, ilk diktorların çoxu televiziyada az müddət işləyib.

“O vaxtlar indiki AzTV “Bakı studiyası” adlanırdı. Tamara Gözəlova ilk diktorlarımızdan biri olub. “О olmasın, bu olsun” filmində Gülnaz obrazını canlandırıb. 1956-cı il mayın 1-də efirə çıxıb. Lakin 1956-cı ilin yayında instituta qəbul olunduğundan diktorluq fəaliyyətinə son qoyub. Digər diktorlardan biri Nailə Mehdibəyovadır. O da Tamara Gözəlova ilə bərabər 1956-cı ildə “Bakı studiyası”nda işə başlayıb. Sonra Nailə Mehdibəyova ailə quraraq Moskva şəhərinə köçüb və orada məktəbdə müəllim işləyib”.

X.Qasım digər diktorların da taleyinə aydınlıq gətirib. “İlk diktorlar arasında Sona Manafova da var. O, 1957-ci ilin dekabrında ilk dəfə efirə çıxıb. Moskvada Rəssamlıq Akademiyasına qəbul olunduğu üçün 1959-cu ilin 29 oktyabrında işdən çıxıb.
Nizami Məmmədov və Nailə Mehdibəyova dünyalarını dəyişiblər. Tamara Gözəlovaya Allah can sağlığı versin. АzTV-nin əməkdaşları onunla əlaqə saxlayırlar. Qalanları haqqında dəqiq heç nə deyə bilmərəm. Çünki onlar haqqında hər hansı məlumat yoxdur”, – deyə X.Qasım vurğulayıb.







Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?