Modern.az

Vaqif Səmədoğlu: “Mən kiməm? Fərman Onun fərmanıdır...” - MÜSAHİBƏ

Vaqif Səmədoğlu: “Mən kiməm? Fərman Onun fərmanıdır...” - MÜSAHİBƏ

14 Fevral 2014, 23:12

Modern.az saytı İsraildə xərçəngdən müalicə olunan Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun rusdilli vesti.az-a müsahibəsinin tərcüməsini təqdim edir.

 

Vaqif Səmədoğlu. Bu gün onun sağalması üçün yaradıcılığının heyranı olan minlərlə pərəstişkarı dua edir. Mən isə ona mənasız suallar verirəm. Əslində  ustadla bizim söhbətlərimiz həmişə yarımçıq olub. Bu dəfə də öz ənənəmizə sadiq qaldıq.

- Vaqif dayı, biz sizdən tez-tez müsahibə alardıq, bu gün də məndən Sizin barədə soruşurlar: Özünüzü necə hiss edirsiniz? Oxuculara nə deyərdiniz?

-
Mədəsində xərçəng olan adam özünü necə hiss edər? Hər gün iki saat fortopiano və akustik gitarada çalıram. Bununla ağrılarımla mübarizə aparıram. Kömək edir.  Bir onu bilmirəm ki, ÖLÜM musiqini sevirmi?

- Əgər mən Sizin bu dediklərinizi çap etsəm...

-
Çap elə də...

- Mən xərçəngdən yazmaq istəmirəm. Oxucuları niyə həyəcanlandıraq?

- O zaman heç nə yazma. İstədiyin kimi yaşa.

-  Elə bilirsiniz bu asandır? Heç olmasa, deyin görək İsrail həkimləri  müalicənin neçə getməsi haqqında nə deyirlər?

- İsaildə həkimlər xərçəngi  müalicə etmirlər. Əllərindən gələni edirlər ki, insan bu bəla ilə yaşaya bilsin.

- Bizim İsraildə yaşayan həmyerlilərimiz Facebook-da Sizinlə çəkdirdikləri şəkilləri yerləşdirirlər. Və qeyd edirlər ki, onlarla çox maraqlı söhbətlər edirsiniz. Əgər sirr deyilsə, nə haqda danışırsınız?

- Hər şeydən...  O cümlədən ortodoksal yəhudilərin İsrail Ordusundakı xidmətlərindən...

- Baxın, Siz ölüm haqqında, kədər haqqında danışırsınız. Bununla belə,  yumor hissinizi itirməmisiniz. Deməli, hələ hər şey bitməyib... Yəni ki, tunelin sonunda işıq var.

- Yumor beyni təmizləyir. Ruhu təmizləyir. Sıxılmış ruhla yaşamaq olmaz.

- Bu yaxınlarda bir gözəl şeir paylaşmışdınız. Mənasından anladıq ki, Sizin Allahla dialoqunuzdur. Mən Sizin şeirlərinizi bir daha oxudum. Özümü qınadım ki, sizi çox gec kəşf etmişəm. Və gördüm ki, bütün şeirlərinizdə Siz  Allahla dialoqdsınız. Niyə?

- Allah ən yaxşı oxucu və həmsöhbətdir..

- Nə baş verdi ki, Siz belə bir nəticəyə gəldiniz?

- Mən kiməm ki? Fərman Onundur.

- Xəbərləri izləyirsinizmi? Dünyada baş verənlər haqqında nə düşünürsünüz?

- Dünya yaranandan yaşamaq üçün mübarizə gedir.

- Siz bir dəfə demişdiniz ki, insan yaşlaşdıqca, cavabı olmayan  sualları çoxalır. O suallar  nə barədədir? 

- Mənim artıq cavabım yoxdur. Bu müharibədə suallar qalib gəldi.

- Məsələn hansı?

- … Bağışla, Mən yorulmuşam Vüqar...

- Siz məni bağışlayın ki, narahat etdim. Biz Sizi sevirik!!!
 

-  Xahiş edirəm, mənim cavablarımı redaktə etməyin! Sağ ol!

Vüqar Həsənov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi