Arxiv
29 Sentyabr 2009, 11:08 | ÖLKƏ
Məktəb yaşlı uşaqların valideynlərinə xəbərdarlıq...

Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng xəstəlikləri üzrə tədqiqat fondu bir müddət öncə valideynlərə məktəb yaşlı övladlarının qidasına xüsusi diqqət ayırmağı tövsiyə edib. Adı çəkilən fond uşaqlara məktəbə aparmaları üçün bütün növ kolbasa məmulatları verməməyi məsləhət görüb. Təşkilat bunu onunla əsaslandırıb ki, kolbasa istehsalçıları ət məhsullarının görkəmini gözəgəlimli və iştaha gətirən etmək üçün onların tərkibinə bol miqdarda natrium nitrat maddəsi qatırlar. Bu maddə qatılmadıqda kolbasa məhsulları cəzbedici olmur. Araşdırmalar göstəriri ki, natrium nitrat zəif orqanizmlərdə xərçəng əmələ gətirmə riskini artırır. Mütəxəssislər məsləhət görürlər ki, valideynlər uşaqların çantalarına qoyduqları kolbasa məmulatlarını toyuq əti, balıq, yumurta, pendir, bulka məmulatları ilə əvəz etsinlər.
Azərbaycanda da Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də dəfələrlə bəyan edib ki, məktəb bufetlərində tərkibi konservantlar, aromatorizatorlarla zəngin qidaların, kolbasa və sosikaların satılması uşaqların sağlamlığına ziyanlıdır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Modern.az-a bildirib ki, Azərbaycnda sırf uşaqlar üçün kolbasa istehsalı yox dərəcəsindədir. Xaricdə isə uşaqlar üçün ayrıca kolbasa məhsulları buraxılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da valideynlərə uşaqlarına kolbasa məmulatları verərəkən diqqətli olmağı məsləhət görür. Məsələ burasındadır ki, uşaqlar üçün istehsal olunan kolbasaların tərkibinə sümük unu əlavə olunmamalı, natrium nitrat cüzi miqdarda qatılmalıdır. Araşdırmalar göstərib ki, respublikamızda bütün kolbasa istehsalçıları məhsulun tərkibinə sümük unu əlavə edirlər.
Mövcüd tələblərə görə orta məktəblərin bufetlərində şagirdlərə qazlı suların əvəzinə südlü kakao, çay və limonad, kolbasalardan düzəldilən buterburodların yerinə isə bulka məmulatları satılmalıdır. Amma bir çox ümumtəhsil müəssisəlirinin ictimai iaşə obyektində şagirdlərə «Koka-kola», «Pepsi-kola» və digər qazlaşdırılmış sular, kolbasa və sosiska, mənşəyi bəlli olmayan çips, şokolad, keyfiyyətsiz peçenyeler satılır. Mütəxəssislər isə bildirirlər ki, sadalanan qidalar uşaqlar üçün təhlükəlidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov saytımıza deyib ki, hazırda məktəblərdə sanitar-gigiyenik vəziyyətlə bağlı yoxlamalar aparılır. Yoxlamalar zamanı məktəb bufetlərində hansı qidaların satıldığı da öyrənilir.
Qeyd edək ki, qonşu Rusiya Federasiyasında orta məktəblərdə çips, «Koka-kola», «Pepsi-kola» və konservləşdirilmiş digər qida məhsullarının, şokoladların satışı hələ ötən ildən qadağan edilib.

 

Kəmalə TOFİQQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25 Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı 18 Aprel 2019, 17:21