Modern.az

Prezident və ailəsi Arif Paşayevin yubileyində - FOTOLAR

Prezident və ailəsi Arif Paşayevin yubileyində - FOTOLAR

15 Fevral 2014, 22:25

Bu gün Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın atası Arif Paşayevin 80 illik yubileyidir. Modern.az-n məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yubiley günündə Arif Paşayevi "istiqlal ordeni ilə təltif edib.
Yubileylə bağlı Arif Paşayev üçün özəl məclis də qurulub. Ailem.az-ın xəbərinə görə, nəvələri Arzu Əliyeva və Ülviyyə Mahmudova şəxsi İnstagram səhifələrində Arif Paşayevin ad günündən şəkillər paylaşıblar.

Ü.Mahmudova paylaşdığı şəklə “həmişəki kimi oturmuşuq” qeydini də əlavə edib. Onun paylaşdığı daha bir şəkildə isə prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, professor Nərgiz Paşayeva və qızları Arif Paşayevlə yanaşı görünür.

 



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir