Modern.az

Rasim Qaraca özünü kimlərdən üstün hesab etdi? - Qalmaqal

Rasim Qaraca özünü kimlərdən üstün hesab etdi? - Qalmaqal

Ədəbi̇yyat

17 Fevral 2014, 11:38

Yazıçı Rasim Qaraca məlum sorğuda qalib gələn  “Qətl günü” romanının tənqidindən sonra növbəti qıcıqlandırıcı hərəkətlə yadda qalıb. Modern.az yazıçının  səhifəsində paylaşdığı fotodan çıxış  edərək bu qənaətə gəlib. Öz Facebook səhifəsində o, fotoşop vasitəsilə hazırlanmış şəkil yerləşdirib ki, bu da məzmun etibarilə sancmaq missiyasını çox gözəl həyata keçirir. Belə ki, o tərəzinin bir gözünə özünün “On bir gecə” kitabını? digərinə isə Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Anar və Elçinin kitablarını qoyub. Ən maraqlı məqam budur ki, tərəzidə onun kitabı adı çəkilən şairlərin kitabından ağır gələrək? onları havaya qaldırır. Bu jest əslində çağdaş Azərbaycan poeziyası və nəsrinin siması olan kəslərə atılan bir həqarət kimi başa düşülür. Hətta Ramiz Rövşənin də  havaya qaldxıdğı bu “məna tərəzisi” fotosu şəxsi ambisiyaların şişirdilməsi və qıcıqlandırılma yolu ilə gündəmə gəlməkdən başqa bir şey deyil.   




Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?