Arxiv
29 Sentyabr 2009, 11:23 |
Kəhrizləri qoruyaq!

Naxçıvan Dövlət Universitetində (NDU) “Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. Modern.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının Naxçıvandakı konsullarının və digər rəsmilərin də iştirak etdiyi konfrans İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya bürosunun dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə birgə təşkil olunub.
Konfransda çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli bu mövzuda keçirilən ilk beynəlxalq konfransın Avropadan Böyük İpək Yolu boyunca Çinə qədər, Ərəbistan yarımadasından Şimali Afrikaya qədər müxtəlif ölkələrdə mövcud olan kəhriz sisteminin quruluşunun, tarixinin, sosial-iqtisadi inkişafdakı rolunun öyrənilməsi baxımından əhəmiyyətindən danışıb. Akademik kəhrizlərin əhalinin miqrasiyasında, sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynadığı kimi milli mədəniyyət abidəsi, xeyriyyəçilik ənənələrinin yaşadıcısı kimi də böyük dəyər daşıdığını vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də kəhrizləri qorumağın vacibliyini bildiriblər.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatı 2010-cu ilədək Naxçıvanda 100 kəhrizi bərpa edəcək. İndiyədək Naxçıvan MR ərazisində 20-yə yaxın kəhrizdə bərpa işləri aparılıb.
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Adil Əliyev sədr müavini seçildi 19 Aprel 2019, 12:41 Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskil ölkələr qrupunda... 19 Aprel 2019, 12:32 Muxtar Babayev vətəndaşları dinlədi 19 Aprel 2019, 12:29 Baş pediatr peyvənddən yayındırılan körpələrin valideynlərinə XƏBƏRDARLIQ ETDİ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10