Modern.az

İsmayıl Bozqurd 2014-cü ildə Türk dünyasında “İlin ədəbiyyat adamı” seçilib

İsmayıl Bozqurd 2014-cü ildə Türk dünyasında “İlin ədəbiyyat adamı” seçilib

18 Fevral 2014, 15:52

Şimali Kiprdə yayımlanan “Durnalar” dərgisinə redaktoru olmuş yazıçı İsmayıl Bozqurd 2014-cü ildə Türk dünyasında “İlin ədəbiyyat adamı” seçilib. Qalib fevralın 17-18-də Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində səsvermə nəticəsində müəyyənləşib. İsmayıl Bozqurdun namizədliyini Türkiyədə nəşr olunan “Kardeş kalemler” dərgisinin baş redaktoru Əli Akbaş irəli sürüb. Çıxış edənlər onun namizədliyini dəstəkləyiblər.

Qeyd edək ki, Avrasiya Yazarlar Birliyinin təsis etdiyi “İlin ədəbiyyat adamı”  mükafatına indiyə qədər “Kardeş kalemler” dərgisinin baş redaktoru Əli Akbaş, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və qazax yazıçısı Tölen Abdik layiq görülüblər.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?