Modern.az

Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildi

Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildi

18 Fevral 2014, 17:29


Modern.az
saytı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib. Bu barəsə qərar Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin dünənki toplantısında qəbil olunub.
Konqresin açılış mərasimində çıxış edən TÜRKSOY sədri Düsen Kaseinov Türk Şurasına üzv ölkələrin Yazarlar birlikləri arasında işbirliyinin genişlənməsi zəruliyini bildirib, qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2012-ci ilin avqustunda Bişkekdə keçirilən zirvə toplantısında mənəvi dünyamızın zənginləşdirilməsindən ötrü Yazarlar birlikləri arasında TÜRKSOY nəzdində ortaq bir qurumun yaradılmasına qərar verilmişdi. Sonra tədbirdə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin yaradılması barədə müzakrələr aparılıb və təsis protokolu imzalanıb. Azərbaycanın Xalq yazıçısı Anar qurumun ilk başqanl seçilib.

Qeyd edək ki, Konqresdə həmçinin Xalq yazıçısı Anara Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü də təqdim olunub.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir