Modern.az

“Xəmsə” Milli Intellektual Oyunu üzrə I Azərbaycan Çempionatı keçirilir

“Xəmsə” Milli Intellektual Oyunu üzrə I Azərbaycan Çempionatı keçirilir

29 Sentyabr 2009, 11:34

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Xəmsə” Milli Intellektual Oyunu üzrə Uşaq və Yeniyetmələr arasında I Azərbaycan Çempionatının şəhər seçim turu keçirilib.
Çempionat Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişafı Mərkəzi” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Modern.az xəbər verir ki, seçim turunda cari ilin fevral ayında keçirilmiş “Nə? Harada? Nə zaman” intllektual oyunu üzrə I Məktəbli Çempionatında ən yüksək göstəriciləri olan 18 orta ümumtəhsil müəssisəsinin şagirdlərindən ibarət komandalar iştirak edib. İlk növbədə iştirakçılara “Gənclərin İntellektual İnkişafı Mərkəzi” İctimai Birliyi tərəfindən hazırlanmış suallar təqdim edilib. Seçim turunun növbəti mərhələsində suallara ən çox düzgün cavab vermiş şagirdlər arasında “Xəmsə” formatında yarış keçirilib. Komandalar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi altında 1-3 oktyabr 2009-cu il tarixlərində Çempionatın Bakı şəhərində keçiriləcək zona seçim turunda  iştirak edəcəklər. 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub