Modern.az

Cəmil Həsənli: “Bakıda Cümhuriyyət qurucularına abidə qoyulmalıdır”

Cəmil Həsənli: “Bakıda Cümhuriyyət qurucularına abidə qoyulmalıdır”

Parlament

25 May 2010, 12:26

Bu gün Milli Məclisin yaz sessiyasının iclası keçirilir. Modern.az xəbər verir ki, iclasda “2009-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və digər sənədlər müzakirə olunur.

Müzakirələrdən öncə deputatlar cari məsələlərə münasibət bildiriblər. Millət vəkili Cəmil Həsənli 28 may tarixinin Azərbaycan üçün çox əlamətdar gün olduğunu xatırladaraq Cümhuriyyət qurucularına Bakıda abidə qoyulması məsələsini  gündəmə gətirib. Deputat deyib ki, hələ 1998-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinin əbədiləşdirilməsilə bağlı sərəncam verilib. Həmin sərəncamda bir sıra vacib məsələlərin nəzərdə tutulduğunu diqqətə çatdıran C.Həsənli müvafiq qurumların Cümhuriyyət qurucularının adının əbədiləşdirilməsi istiqamətində lazımi işlər görmədiyini deyib. Bakıda Atatürkün heykəlinin qoyulmasını müsbət hadisə hesab edən Cəmil Həsənlinin sözlərinə görə, heçdən dövlət yaradan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına da abidə ucaldılmalıdır. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı