Modern.az

Deputat Nəsib Nəsibli Milli Məclisin gündəliyinə etiraz edib

Deputat Nəsib Nəsibli Milli Məclisin gündəliyinə etiraz edib

25 May 2010, 12:59

Bu gün Milli Məclisin yaz sessiyasının iclası keçirilir. Modern.az saytı xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2009-cu il üzrə Dövlət Büdcəsinin icrası haqqında” qanunu, “Fövqəladə  Hallar Nazirliyi sistemində qulluqkeçmə haqqında”,

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihələrinin müzakirəsi, bir sıra qanunlara əlavələr və dəyişikliklər edilməsi məsələləri daxil edilib. Müzakirələrdən öncə deputatlar ölkədə yaşanan təbii fəlakətlə bağlı məsələni gündəmə gətiriblər. Millət vəkili

Nəsib Nəsibli Milli Məclisin gündəliyinə etirazını bildirib. O deyib ki, ölkənin Aran rayonları təbii fəlakətin ağuşunda çabalayır, minlərlə insan evsiz-eşiksiz qalıb, Kür çayının yaratdığı fəsadlar böyüməkdədir, amma bu məsələni Milli Məclisin gündəliyinə salmayıblar. “Mən buna etiraz edirəm. Deyirlər bu təbiət hadisəsidir, ancaq mən bununla razılaşmıram. Bu təbiət hadisəsi deyil. Fəlakətlə bağlı məsələ niyə gündəliyə salınmayıb? Niyə hökumət iş görməyib? Məndə olan məlumata görə, Kürün deltasını təmizləyən iki qurğu İrana satılıb. Niyə İrana satılıb, bununla bağlı niyə tədbirlər görülmür? Rayonlarda camaat dəhşətli vəziyyətdə qalanda Bakıda Gül bayramı keçirilirdi. Hesab edirəm ki, fəlakət məsələsilə bağlı Milli Məclisdə komissiya yaradılmalıdır”.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir