Modern.az

İlqar Fəhmi Ələmdar Mahirin ölümündən danışdı: “Əlimiz havada qaldı”

İlqar Fəhmi Ələmdar Mahirin ölümündən danışdı: “Əlimiz havada qaldı”

21 Fevral 2014, 12:14


AzTV-də yayımlanan “Məclisi-üns” verilişinin aparıcısı, şair Hacı Ələmdar Mahir dünyasını dəyişib. Son günlərə kimi klassik ədəbiyyat tarixi və xüsusilə də füzulişünaslıqda ən yaxşı araşdırmaçılardan sayılan Ələmdar Mahir bu gün Nardaran qəbiristanlığında dəfn ediləcək.

Şair İlqar Fəhmi Modern.az-a açıqlamasında mərhumu bu sözlərlə yad edib: “Hacı Ələmdarın gördüyü işi bundan sonra heç kim davam etdirə, heç kim “Məclisi-üns” verilişini onun kimi apara bilməyəcək. İnsanın da qədri məhz bu zaman bilinir. Buna görə də Ələmdar Mahirin yeri hələ çox görünəcək. Xüsusən də, biz, klassik şeirlə məşğul olan gənclər bu yoxluğu daha çox hiss edəcəyik. Gözümüzün qarşısında biri vardı, ona arxayın idi, bilirdik ki, nəyisə başa düşməsək, anlamasaq tez ona zəng vururduq, o da bizi başa salırdı. Bundan sonra əllərimiz havada qalacaq. Mən hələ də onu əvəz edən onun səviyyəsində olan bir adam görmürəm”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir