Modern.az

Milli Məclisdə məişət zorakılığından danışılıb

Milli Məclisdə məişət zorakılığından danışılıb

25 May 2010, 13:42

Bu gün Milli Məclisin iclasında "Məişət zorakılığının qarşısının alınması və məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunur. Modern.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. O, bildirib ki, qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, beynəlxalq standartlara uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Onun sözlərinə görə, qanun yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürülmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara şamil ediləcək.

Qanuna əsasən, məişət zorakılığı halları barədə şikayətlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada, "Məişət zorakılığı halları ilə bağlı şikayətlərə baxılması haqqında Təlimat" əsasında araşdırılır. Məişət zorakılığı ilə bağlı törədilmiş cinayətlər haqqında məlumatları əks etdirən şikayətlərə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada baxılır. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir