Modern.az

Rumıniya parlamentinin füsunkar xanımları - FOTOLAR

Rumıniya parlamentinin füsunkar xanımları - FOTOLAR

22 Fevral 2014, 10:59


Modern.az
saytı dünya parlamentlərinin ən gözəl xanım deputatlarını təqdim edir.

Rumıniya parlamentində istənilən kişi deputat Elena Basesku ilə yanaşı oturmağı özünə şərəf bilərdi. Necə də olmasın, o, keçmiş top-model, deputat, üstəlik, prezident Troyan Baseskunun qızıdır. Amma hər şeydən öncə Elena Basesku Rumıniya parlamentinin ən gözəl deputatıdır. O hətta Avroparlamentin belə, ən yaraşıqlı xanım deputatı titulunu qazanıb.

1980-ci ildə Konstantsada doğulmuş E. Basesku iqtisadiyyat üzrə təhsil alıb. Boqdan İonesku ilə ailə qurmuş gözəl xanımın nikahı Müqəddəs Spiridon” kilsəsində 850 qonağın əhatəsində keçib. Bu təntənəli toydan sonra Sofya-Raisa adı verdiyi qızını dünyaya gətirmiş E. Baseskunun analığı dövründə daha da gözəlləşdiyi deyilir.

Prezident qızına rəqib ola biləcək yeganə xanım deputat Daçiana Oktavia Sırbudur. 1977-ci il təvəllüdlü hüquqşünas da Avroparlament üzvüdür. Rumıniya baş naziri Viktor Pontun xanımı bir qız və bir oğul anasıdır.












Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi