Modern.az

Mətbuat Şurası yeni ofisə köçür

Mətbuat Şurası yeni ofisə köçür

25 May 2010, 18:48

Azərbaycan Mətbuat Şurası tezliklə yeni ofisə köçəcək. Bu barədə məlumatı Modern.az saytına Mətbuat Şurasının sədri Əflatun Amaşov verib.

Ə.Amaşovun sözlərinə görə, yeni ofis tam təmirli şəraitdədir: “Yeni ofisə yaxın zamanlarda köçəcəyik. Orada demək olar ki, hər şey hazırdır. Ofisimiz Azərbaycan Dövlət Tibb Universitetinin arxasında (“Niaqara” restoranı yaxınlığında) yerləşir”.

Qeyd edək ki, Mətbuat Şurası hazırda Ayna Sultanova heykəlinin yaxınlığında, İbrahimpaşa Dadaşov küçəsi-60 ünvanında fəaliyyət göstərir.

Mətbuat Şurasının sədri onu da bildirib ki, yaxın zamanlarda Mətbuat Şurasının yeni dizaynda saytı da fəaliyyətə başlayacaq: “Neçə müddətdir ki, saytın üzərində işlənilir. Sayt fərqli formada olacaq. Burada Mətbuat Şurasının fəaliyyəti və üzvləri haqqında məlumatlar yerləşdiriləcək. Həmçinin Şurada keçirilən tədbirlər də burada işıqlandırılacaq”. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir