Modern.az

Parlamentdə zabitlərin evlə təmin olunması məsələsi qaldırılıb

Parlamentdə zabitlərin evlə təmin olunması məsələsi qaldırılıb

25 May 2010, 19:29

Zabitlərin evlə təmin olunması üçün xüsusi proqram hazırlanmalıdır. Modern.az saytı xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elmira Axundova parlamentin mayın 25-də keçirilən plenar iclasında çıxış edib. Deputat qeyd edib ki, indiki vaxtda buna böyük ehtiyac var: “Bu təcrübə MDB məkanında var. Biz mühariə şəraitində yaşayırıq və hesab edirəm ki, zabitlərimizin sosial problemi olmamalıdır”.

Elmira Axundova seçldiyi 71 Masalı seçki dairəsindən olan insanların problemlərini də qaldırıb: “Təqaüdçülər tez-tez müraciət edirlər ki, onlara verilən vəsait minimum yaşayış üçün də yetərli deyil. Hesab edirəm ki, hökumət üzvləri bu barədə düşünməlidirlər”.

Deputat Masallıda mədəniyyət evləri, uşaq baxşaları və kinoklubların bərbad halda olduğunu da diqqətə çatdırıb: “Mən bu məsələni müvafiq qurumlar qarşısında dəfələrlə qaldırmışam. Ancaq Mədəniyyət və Turizm Nazirliyindən bildirildi ki, onların bu məsələ üşün vəsaiti yoxdur. Kəndlərdə bu kimi məsələlər ciddi narazılıq yaradıq. Toxunacağım digər məsələ də mədəniyyətlə bağlıdır. Bir neçə il əvvəl Əməkdar xadimlərə müəyyən məbləğdə vəsait verilirdi. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır”.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir