Modern.az

Ali məktəblərdə insan alverindən danışılacaq

Ali məktəblərdə insan alverindən danışılacaq

Qarabağ

25 May 2010, 19:15

Yeni Dünya Hüquqi Maarifləndirmə İctimai Birliyi insan alverinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə ali məktəblər arasında bu məsələylə bağlı layihə həyata keçirir.

 

Təşkilatın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, “Gənclər insan alverinə qarşı” layihəsi ümumilikdə 12 ali məktəbi əhatə edib: “Hər bir seminarda 30 nəfər iştirak etməklə hər bir ali məktəbdə iki seminar təşkil ediləcək. Bunun sayəsində 720 nəfər gənc insan insan alveri haqqında dolğun məlumatlar əldə edəcək, onun qarşısının necə alınması ilə bağlı təlimatlandırılacaq”.

 

Layihənin icrası çərçivəsində həyata keçiriləvək əlavə məlumatlandırıcı tədbirlər nəticəsində dolayısı ilə daha beş min nəfərin də insan alveri haqqında məlumat alacağı nəzərdə tutulur: “Seminar və təlimlərin təşkilində dğvlət qurumları, xüsusilə də Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə sıx əməkdaşlıq ediləcək”. 

Layihə çərçivəsində ilk seminar mayın 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Layihə Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir.    

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi