Modern.az

Yuliya Timoşenkonun “sağ əli” Ukrayna baş nazirliyinə namizəd oldu

Yuliya Timoşenkonun “sağ əli” Ukrayna baş nazirliyinə namizəd oldu

27 Fevral 2014, 02:07

Modern.az xəbər verir ki, Ukraynada baş nazir vəzifəsinə Maydan hərəkatının liderlərindən biri - Arseniy Yatsenyukun namizədliyi irəli sürülüb.

Onun namizədliyi ilə bağlı səsvermənin fevralın 27-də Ali Radada keçirilməsi nəzərdə tutulub.

40 yaşlı Yatsenyuk Yuliya Timoşenkonin "Batkivşina" partiyasındandır. O, Timoşenkonun “sağ əli” hesab olunur.

2005-06-cı illərdə Ukraynanın iqtisadiyyat naziri, daha sonra xarici işlər naziri və Ali Radanın spikeri olub.

Bu arada Ukraynanın Krım Muxtar Respublikasında paytaxt Simferepol gərgin vəziyyətdədir. Burada keçirilən aksiyalardakı toqquşmalarda 30 nəfər yaralanıb. Krım Muxtar Respublikanın Fevralın 26-da Krım Ali Şurasının qarşısında 10 minə yaxın insanın iştirakı ilə aksiya keçirilib. Aksiya iştirakçıları iki qrupu təmsil edib. Onların bir qrupu Krımın Ukrayna tərkibində qalmasının tərəfdarı olduğu halda, başqa bir hissəsi isə Rusiyaya birləşməyi tələb edib.
Krım tatarları isə Ukraynanı dəstəkləyir.

Toqquşmalar zamanı hakimiyyəti dəstəkləyən Krım tatarları "Yaşasın Ukrayna!", "Allahu Əkbər!" şüarları, Rusiyapərəstlət isə yeni hakimiyyət əleyhinə "Banda - rədd ol!", "Rusiya!" şüarları səsləndiriblər.

Son məlumatlara görə, toqquşmalarda ölənlər də var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir