Modern.az

Əli Əhmədov: "...dözmək üçün vaxt da qalmayıb""

Əli Əhmədov: "...dözmək üçün vaxt da qalmayıb""

26 May 2010, 12:44

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiyə qədər Qarabağ münaqişənin nizama salınması üçün beynəlxalq hüquq normalarını reallaşdırılması məqsədi ilə səmərəli mexanizmlərin tətbiq edilməsi formaları yaradılmayıb”.

Bu fikri Modern.az-a Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov söyləyib. Saytımıza açıqlamasında o qeyd edib ki,  münaqişələrin nizama salınması üçün süni manelərdən istifadə edərək vaxtın uzadılması halı ortada olduğundan, belə mexanizmin də yaradılmasına diqqət ayırmaq olar: “Belə olmamalıdır ki, vasitəçilər təkliflər hazırlayırlar, bir təklifi qəbul etmirlər. Əslində təklifləri qəbul etməmək üçün bahənələrlə vaxtı uzadırlar. Nəticə etibari ilə münaqişələrin nizama salınması üçün səylər heçə endirlir. Təbii olaraq belədə beynəlxalq hüquq nüfüzdan düşür. Bütün bunların qarşısının alınmasından ötrü beynəlxalq təşkilatların əlində elə bir səmərəli mexanizm olmalıdır ki, beynəlxalq hüquq normalarının həyata keçirilməsi üçün o mexanizmlər yetərli olsun. Bundan sonra yəqin ki, dözmək üçün vaxt da qalmayıb.  Azərbaycanın mövqeyi bundan ibarətdir, imkan verilməməlidir ki, Ermənistan tərəfi bəhanələrlə vaxtı uzatsın”.

Deputat onu da vurgulayıb ki, beynəlxalq hüquq normaları ilə əxlaq normalarının fərqi ondan ibarətdir ki, əxlaq normalarını yerinə yetirən mexanizmlər olmur: “Hüquq  normaları isə mütləq yerinə yetirilməlidir. Hüquq normalarını yerinə yetirən qurumlar yaradılmalıdı, əks halda  hüquq normalrının həyata keçirilməsi mümkün olmur. Hüquq norması əxlaq normasına çevirilir. İndiki halda beynəlxaq hüquq beynəlxalq əxlaq normasına çevrilmək təhlükəsi qarşısındadır. Çünki beynəlxalq hüquq normalarını Ermənistan tərəfi 20 il ərzində pozub, bu gün də pozmaqdadır. Ermənistanı beynəlxalq hüquq normalarına tabe olmağa vadar edən səmərəli bir mexanizm yoxdur. Əgər belə davam edəcəksə, beynəlxalq hüquq normalarının mövcudluğu öz əhəmiyyətini itirəcək”.

“Sizə elə gəlmir ki, problemin həlli üçün müharibədən başqa yol qalayıb?” sualına Ə.Əhmədov “ mən belə hesab edirəm ki, istənilən halda münaqişənin dinc, savaşa yol vermədən həlli daha məqsəduyğun variantdır və Azərbaycan ona görə də bu vaxta qədər danışıqlar prosesində iştirak edib. Bu gün də danışıqlar prosesinin imkanlarının tükənmədiyi qənaətindəyik” deyə cavab verib. O deyib ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymayacaqsa, bu beynəlxalq hüququn ciddi böhranı demək olacaq: “İndiki dövrdə də Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə əlaqədar böhran hallarının ayrı-ayrı elementləri də göz önündədir. Əgər dediyim kimi, Ermənistan beynəlxlaq hüquq normalarına məhəl qoymayacaqsa, bu, beynəlxalq hüququn qəti olaraq iflası halına gətirib çıxara bilər. Əlbəttə buna yol verilməməlidir. Əgər beynəlxalq hüquq işləməyəcəksə, bir məfhum, hadisə olaraq aradan qalxacaqsa, onda hər bir dövlət öz hüquqlarını öz gücü və imkanları çərçivəsində həll edəcək. Bu, bütövlükdə beynəlxalq münasibətlərin bundan sonrakı inkişafının ən arzu olunmayan ssenarisidir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?