Modern.az

BAXCP Azərbaycan xalqını təbrik edib

BAXCP Azərbaycan xalqını təbrik edib

Mədəni̇yyət

26 May 2010, 14:03

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin üzvləri öncə ölkədə və dünyada baş verən ən önəmli hadisələr ətrafında müzakirələr aparıblar. Daha sonra BAXCP-nin baş katibi, seçki qəragahının rəhbəri Söhrab Abdullayev parlament seçkilərinə hazırlığın vəziyyətilə bağlı İdarə Heyəti üzvlərini məlumatlandırıb.

İclasın sonunda Azərbaycan Xalq Cümuriyyətinin 92-ci ildönümü - Respublika Günü ilə bağlı Azərbaycan xalqına təbrik ünvanlanıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı