Modern.az

Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası

Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası

Mədəni̇yyət

26 May 2010, 14:11

Riqanın “Konventa” konfrans zalında “Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasında diasporun rolu” adlı konfrans keçirilib. Konfransı “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi ilə Diasporla iş üzrə Dövlət Komitəsi təşkil edib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Latviya Təhsil Nazirliyinin məşvərət şurasının sədri, Latviya Respublikası Prezidenti yanında milli azlıqlar üzrə məşvərət şurasının üzvü Roman Əliyev açıb. Azərbaycan Respublikasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə Latviya Parlamentinin deputatları iştirak ediblər. Deputat Boris Tsileviç öz çıxışında Azərbaycanın iqtisadi və hümanitar inkişafından, Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsindən və qaçqınların problemlərinin müvəffəqiyyətlə həllindən danışıb. “Bunlar Azərbaycanın iqtisadi resurslarını düzgün istiqamətə yönəldilməsinin və Azərbaycan xalqının rifahı naminə görülən işlərin nəticəsidir”.
O əlavə edib ki, “Latviyadakı azərbaycanlılar Avropa Birliyinin siyasəti ilə bağlı bizim müxtəlif ictimai təşkilatlarla apardığımız müzakirələrdə fəallıq göstərirlər, bu da Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsində, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsində rol oynaya bilər”.

Deputat Oskars Kastens öz çıxışında bu il mayın 20-də Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə xüsusi diqqət çəkərək bildirib ki, bu sənəd Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı baxımından proqressiv mahiyyət kəsb edir. Deputat Avropa Birliyində, Belçika və Strasburqda yerləşən digər Avropa strukturlarında təmsil olunan Latviya nümayəndələrini Azərbaycanın mövqelərini daha fəal dəstəkləməyə çağırıb. Onun fikrincə, bu istiqamətdə Latviyada yaşayan azərbaycanlıların da həm Latviya Seyminin, həm Azərbaycan Milli Məclisinin deputatları, həm də digər müvafiq strukturlarla əməkdaşlığı vacibdir.

Latviya Ədliyyə Nazirliyinin nümayəndəsi İrina Vasilyeva “Ocaq” cəmiyyətinə onun ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığına və keçirdiyi bu cür ciddi tədbirlərə gorə minnətdarlığını bildirib. O ölkədəki milli azlıqların, digər xaqların icmalarının yaratdığı təşkilatların fəaliyyəti haqqında da məlumat verib.

Riqa Dumasının təhsil idarəsinin rəisi İvars Balamovskis “Ocaq” cəmiyyətinin latışlar və digər milli azlıqlaın nümayəndələri ilə əlaqələrini və Azərbaycan Bazar günü məktəblərinin təşkilini yüksək qiymətləndirib. “Sizin alimləriniz, iş adamlarınız, tələbələriniz və müəllimləriniz milli azlıqların təhsil planının reallaşmasında və multi-mədəniyyət dialoqunun möhkəmləsində Riqa Dumasına hər zaman dəstək olublar” – deyə Balanovski bildirib.

Latviya-Azərbaycan Cəmiyyətinin fəalları-Eldəniz Medov, Adıgözəl Məmmədov və Aydın Əsgərov öz çıxışlarında bildiriblər ki, onların başlıca vəzifəsi həm Latviya vətəndaşları, həm də bu ölkədə yaşayan digər xalqlarla qarşılıqlı hörmət və tolerant şəraitdə yaşamaqdır. Bunun sayəsində milli mədəniyyətimizi qoruyub nəsillərdən nəsillərə ötürə bilərik. Bizim hər birimiz üçün Azərbaycanın Avropaya inteqrasiyası və əməkdaşlığı mühüm məsələlərdəndir.

Tədbirdə DİDK-nin şöbə müdiri Surəddin Hümbətov diaspor təşkilatlarının inteqrasiya proseslərində rolu mövzusunda çıxış edib.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir